“Bu ölkələr Ermənistanı qeyri-ciddi dövlət sayır” - Ekspert

02/11/2018 - 21:26 21 124 0   0  

Ermənistan rəhbərliyinin qeyri-adekvat bəyanatları, siyasi ambisiyaları, bu ölkənin heç bir iqtisadi və hərbi proqramının olmaması regional aktorların onu qeyri-ciddi imici olan dövlət kimi qəbul etməsinə gətirib çıxarıb.

Suveren.az xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında siyasi şərhçi Arzu Nağıyev bildirib.

Siyasi şərhçi qeyd edib ki, bütün bunları görən regional aktorlar, o cümlədən Rusiya, İran, Gürcüstan və digər ölkələr artıq Ermənistanı qeyri-ciddi dövlət sayır. Bir sözlə, Ermənistan rəhbərliyinin uğursuz siyasəti bu ölkənin təcrid vəziyyətini getdikcə dərinləşdirir. Regional aktorlar başa düşürlər ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri-konstruktiv mövqedən, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsi mütləqdir. Ermənistanın işğalçılıq siyasəti bu ölkənin iflasını sürətləndirir. Əgər proseslər belə davam edərsə Ermənistanda iğtişaşlar qaçılmaz olacaq, hakimiyyət böhranı, həll edilməyən miqrasiya siyasəti, iqtisadi asılılıq və s. amillər ölkədə silahlı qarşıdurmaya aparacaq.