Bu ölkədə növbədənkənar parlament seçkilərinin vaxtı məlum oldu

24/12/2018 - 20:04 1 264 0   0  

İsraildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb.

Seçki 2019-cu ilin aprel ayının əvvəlində olacaq.

Bununla bağlı qərar ölkə parlamentində təmsil olunan və vaxtilə koalisiya hökuməti yaratmış partiya sədrlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bununla da koalisya hökuməti dağılıb. Baş nazir Binyamin Netanyahu noyabrın 19-da ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.