Bu, İrəvanın intiharı olacaq: Paşinyanın müttəfiqindən ŞOK BƏYANAT

23/11/2018 - 13:26 835 0   0  

Nikol Paşinyan hakimiyyətə gələndən sonra kəskinləşən Moskva-Ermənistan münasibətləri fonunda Ermənistanda Rusiyaya qarşı aparılan kampaniya getdikcə genişlənir. Ermənistanın "Sasna tsrer" silahlı qruplaşmasınının lideri Jirayr Sefilyan son bəyanatlarından biri də buna nümunədir.

Muxalifet.az “rossaprimavera.ru” saytına istinadən xəbər verir ki, noyabrın 21-də erməni telekanallardan birinin efirində çıxış edən “Sasna tsrer” siyasi partiyasının lideri Sefilyanın sözlərinə görə, onların əsas kursu Rusiya ilə müqavilələrin ləğvidir.
Partiyanın proqramı Ermənistanın Rusiya ilə birlikdə üzv olduğu Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardan çıxışını nəzərdə tutur. Həmçinin “Sasna tsrer” Partiyası Rusiya bazasının Ermənistan ərazisindən çıxarılmasına hazırlaşır. Sefilyan bildirir ki, Rusiyanı Qafqaz regionundan sıxışdırmaq lazımdır, Ermənistanın yeni strateji partnyorları ABŞ və İran olmalıdır.
Partiyanın proqramına həmçinin, Dağlıq Qarabağ və Ermənistanın birləşdirilməsi, Rusiya sərhədçilərinin ermənilərlə əvəzlənməsi, Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektlərin milliləşdirilməsi, Rusiya telekanallarının yayımının dayandırılması, Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxması da əksini tapıb.
Bununla yanaşı, yeni yaradılan partiyanın təmsilçiləri bildiriblər ki, baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləyirlər.
Xatırladaq ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçəcək. Seçkilərdə iştirak edəcək siyasi qüvvələrin son siyahısı təsdiq edilib. Onların arasında sentyabr ayında eyniadlı erməni ekstremist qrupunun yaratdığı “Sasna tsrer” Partiyası da var.