"Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq” - Saakaşvili

06/02/2019 - 21:44 1 162 0   0  

"Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.

“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.

Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək.