Bu dəfə Azərbaycan Rusiyanı İŞIQSIZ QOYMADI

13/12/2018 - 18:15 6 664 0   0  

Dekabrın 12-də Rusiya enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq,

8:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisilə təmin edib.
"Azərenerji"dən Trend-ə verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” əsasında həyata keçirilib.
Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi
16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə
32,4 milyon kilovatt-saat təşkil edib.