Bu bitkinin qiyməti qızıldan da bahadır - VİDEO

23/01/2019 - 17:09 2 929 0   0  

Soyuq havalarda bir çoxlarının istifadə etdiyi səhləb bitkisinin qiyməti hər kəsi şoka salıb. 

Suveren.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhləb bitkisinin kilosu 950 liraya (450 manat) qədər artıb. Bu da qızılın qramından 4-5 dəfə bahadır. Maraqlısı ondadır ki, səhləb bitkisinin qiyməti daha da artmağa başlayıb. Bu da Türkiyə vətəndaşlarının narazılığına səbəb olub. 

Qeyd edək ki, "Yabanı orxideya” bitkisinin kökündən əldə edilən səhləb, dondurmanın xam maddəsi və isti içki olaraq istehlak edilir. Aprel- may aylarında daha çox Toroslar bölgəsindən toplanan səhləb kökləri qurutulduqdan sonra parçalara ayrılır, sonra toz halına gətirilir.

Türkiyədə ildə 200 ton səhləb istehsal olunur. Bunun təxminən olaraq 150 tonn Burdurun Bucaq rayonundan gəlir. Bununla yanaşıdünyanın ən keyfiyyətli səhləb də Toroslarda əldə edilir.