Bəşər Əsədin ordusu Suriyadakı soydaşlarımızı ATƏŞƏ TUTUB

02/01/2019 - 11:58 1 516 0   0  

Suriya Ordusu Həma əyalətinin şimalında "Ən-Nusra Cəbhəsi"nin tabeliyində olan “Türküstan İslam Partiyası”nın mövqelərini artileriyadan hədəfə alıb.
SalamNews bu barədə SANA-a istinadla xəbər verir.
Bildirilib ki, İdlibdə və Həma əyalətinin şimalında atəşkəsin pozulmasından sonra Suiya Ordusu “Türküstan İslam Partiyası”nın olduğu mövqeləri artleriyadan vurub.
Bildirilib ki, “xaricdən gələn “Türküstan İslam Partiyası”nın mövqeləri əsasən İdlibin Səhl- əl-Ğab bölgəsndədir.
Qeyd edək ki, Rusiya və Türkiyə ötən ilin sentyabrında İdlib və ətraf bölgələrdə atəşkəsin bərpası və deskalasiya zonasının təmin edilməsi ilə bağlı razılığa gəlmişdilər.