BŞİH “Müsavat”ın mitinqinə icazə vermədi

10/01/2019 - 19:11 5 932 0   0  

Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat” Partiyasının yanvarın 12-də “siyasi məhbuslar”a dəstək məqsədi ilə mitinq keçirmək barədə müraciətinə müsbət cavab verməyib.

Suveren.az “Turan”a istinadla xəbər verir ki, icra hakimiyyəti mitinq keçirilməsini “məqsədəuyğun” hesab etməyib.

Partiya icra hakimiyyətinin cavabının "Sərbəst Toplaşmaq Azadlığı Haqqında" qanunun tələblərinə zidd olduğunu bəyan edib.

Qeyd edək ki, “Müsavat” Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, yanvarın 12-də həbs edilmiş bloger Mehman Hüseynovun müdafiəsi üçün mitinqin keçirilməsinə razılıq verilməsini istəmişdi.