Britaniya Parlamenti “Brexit” üzrə səsverməni təxirə saldı

11/12/2018 - 16:43 1 576 0   0  

Böyük Britaniya Parlamentinin İcmalar palatası “Brexit” sazişi üzrə səsverməni 2019-cu il yanvarın 21-dək keçirəcək.

Suveren.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Britaniya KİV-inə Baş nazir Tereza Meyin nümayəndəsi məlumat verib.

Qeyd edək ki, dünən T.Mey “Brexit” sazişi üzrə parlamentdə nəzərdə tutulan səsverməni daha sonraya təxirə salmağa qərar verib.