Bərdədə 64 yaşlı qadını avtomobil vuraraq öldürüb

16/11/2018 - 17:59 1 330 0   0  

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.