Böyük Britaniyada koronovirusa yoluxanların sayı 60 min nəfəri ötdü

08/04/2020 - 23:30 11 978 0   0  

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 60 min nəfəri, ölənlərin sayı isə 7 min nəfəri ötüb.

Dünya Səhiyyə Təşkilatının saytına istinadla xəbər veririk ki, Böyük Britaniyada yeni koronavirusa son sutka ərzində 5 min 491 nəfər yoluxub, 938 nəfər isə COVİD-19 xəstəliyi səbəbindən həyatını itirib. Beləliklə, Birləşmiş Krallıqda virusa yoluxanların sayı 60 min 733 nəfərə, ölənlərin sayı isə 7 min 97 nəfərə çatıb. Ölkənin Baş naziri Boris Conson iki gündür bu xəstəlikdən reanimasiyada müalicə alır.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVİD-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə saat 21:00-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 478 mindən çox yoluxma və 86 min 744 ölüm faktı qeydə alınıb.

Suveren.az