Bolqarıstanın bəzi bölgələrində “narıncı təhlükə” kodu elan olundu

29/11/2018 - 20:34 1 546 0   0  

Bolqarıstan ərazisində havanın kəskin dəyişməsi, temperaturun 0 dərəcədən aşağı düşməsi, qar, yağış və güclü külək səbəbindən Meteorologiya və Hidrologiya Milli İnstitutu “narıncı təhlükə” kodu elan edib.

Suveren.az xəbər verir ki, ölkənin Tırqovişte, Razqrad, Sumen, Burqas, Varna, Dobrici və digər bölgələrində əhaliyə evdən küçəyə çıxmamaq tövsiyə olunub.

Bununla əlaqədar “qaynar xətt” yaradılıb.