BNA-da Elçin Mustafayev MÜƏMMASI - İTTİHAM

24/12/2018 - 10:27 3 607 0   0  

Bu ilin oktyabr ayının 19-da belə bir rəsmi xəbər yayıldı - Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) ) 300 ədəd avtobusun tədarükçüsünü seçib. “300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb”, – deyə məlumatda bildirilirdi.

Gundeminfo.az-a daxil olan məlumata əsasən alınacaq avtobuslarla bağlı olaraq elan edilən tenderin xərcləri, nəqliyyat vasitələrinin Bakıya gətirilməsi ilə bağlı böyük şübhələr ortaya çıxıb. Saytımıza bilgi verən mənbə iddia edir ki, hazırda baş nazir Novruz Məmmədovun göstərişi ilə BNA-da yoxlamalar aparılır. 
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli isə uzun zamandır mediadan yayınmağa üstünlük verir. İnformasiyaya əsasən Türkiyədən alınacaq avtobusların hansı daşıyıcılara verilməsi ilə bağlı da qalmaqal yaranıb. Məlumatlara əsasən bir müddət əvvəl BNA-nin səkilərin təmiri üzrə tenderində qalıb olmuş "Econ" şirkəti BNA-da sədr müavini olan Elçin Mustafayevə məxsus olub. E.Mustafayev səkilərin təmirinə görə iş icraçısı olan şəxslərin 200 min manata qədər pulunu mənimsəyib. Bununla da ortaya ciddia faktlar çıxıb. 
Gundeminfo.az-a daxil olan məlumata əsasən Bakı Nəqliyyat Agentliyi yeni avtobusları Türkiyənin məhşur “BMC Otomotiv ve Sanayi Ticaret A.Ş.” şirkətindən alacaq. Avtobusların modeli BMC Procity olacağı güman edilir. Avtobuslarla bağlı olaraq satınalma lotlarında elan edilən rəqəmlərdə ciddi şəkildə fərqlər ortaya çıxıb. Belə ki, ayrılacaq vəsaitlərlə alınacaq avtobuslar üçün sərf ediləcək vəsait arasında böyük fərqlər yaranır. Bu isə ortada yeyinti ehtimalının və ya milyonlarla manat vəsaitin taleyinin müəmmalı olaraq qalacağını deməyə əsaslar yaradır. 
Çünki şirkətin öz rəsmi saytında həmin model avtobuslar iki kateqoriyaya bölünür.
- Kondisonerli olan modelin qiyməti: 325.800 azn
Bakı Nəqliyyat Agentliyi BMC şirkətinə 300 avtobus üçün 142 milyon manat ödəcəyi bildirilir. Adi riyazi hesablama aparsaq görərik ki, kondisionersiz olan 300 avtobus almaq üçün 90 milyon manat kifayət edir. Və ya 325 min 800 manatdan kondisionerli olan 300 avtobus almaq üçün 97 milyon 740 min manat vəsait lazımdır. Bəs o zaman sual yaranır, əgər 300 konsionersiz avtobus alınacaqsa 142 milyon manatdan qalan (142 000 000 - 90 000 000 = 52 000 000) qalan 52 milyon manat hara xərclənəcək? Və ya 300 ədəd kondisionerli avtob almaq üçün 97 milyon 740 min manat vəsait sərf ediləcəksə, o zaman (142 000 000 - 97 740 000 = 44 milyon 260 min) 44 milyon 260 min manat hara sərf ediləcək? 
Məlumatlara əsasən məhz bu faktlar və BNA-da "qara kassa" rolunu oynayan Elçin Mustafayevin iştirakı ilə olduğundan adıçəkilən qurumda yoxlamalara başlanıb. Yoxlamalar səbəbindən də Bakıya yeni avtobusların gətirilməsi prossesi ləngiyib. 
Məlumat verən mənbə iddia edir ki, BNA 2019-cu il üçün strateji olaraq paytaxtda nəqliyyatın idarəedilməsi üzrə planlarını və icra edəcəyi layihələri də ertələmək məcburiyyətində qalıb. "Hazırda Vüsal Kərimli yuxarıların yeyintiyə dair aşkarladığı faktlarla bağlı arayışlar vermək məcburiyyətində qalıb. Qurumun fəaliyyəti özünü doğrultmur. BNA yaranandan şəhər nəqliyyatında müsbətə doğru dəyişən heç bir şey yoxdur" deyə mənbəmiz söyləyir. 
Əvəzində mediada yayılan xəbərlərdə BNA-nın sədr müavininin İmişlidə modern ferma yaratmaq, Həzi Aslanov metrosu yaxınlığında dəbdəbəli villa inşa etdirməkdən daha çox bəhs edilir. 
Gundeminfo.az-a Elçin Mustafayevin 4 iyun 2018-ci ilə qədər, yəni BNA-da İdarə Heyyətinin sədr müavini təyin olunana qədər dəfələrlə dövlət qurumları ilə məhkəmə çəkişməsində olduğuna dair məlumatlar da daxil olub. Məsələn Binəqədi Rayon Məhkəməsində 3(103)-64/16 saylı iş üzrə Mustafayev Elçin Rəvayət oğluna qarşı Bakı Vergilər Departamenti tərəfindən məhkəmə iddiası qaldırılıb. Məhkəmə çəkişməsinin detalları, 2016-cı ilin fevral ayının 1-də Bakı Apelyasiya məhkəməsində hakim Mursaqulov Vaqif Ənvər oğlu sədrliyi ilə baxılan prossedə baş verənlər barədə ətraflı olaraq bilgi verəcəyik. 
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.