BMT-dən Nikki Heylinin istefasına münasibət

09/10/2018 - 23:57 10 375 2   0  

BMT baş katibinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın daimi təmsilçisi Nikki Heylinin istefası ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Dyujarrik Heylinin istefa qərarını mediadan öyrəndiklərini bildirib: “Antonio Quterreş səfir Heyliyə ortaya qoyduğu mükəmməl iş və dəstəyə görə təşəkkürünü çatdırır”. 

Qeyd edək ki, Nikki Heyli bu səhər Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə açıqlamasında istefa etdiyini və ilin sonunda vəzifəsindən gedəcəyini söyləmişdi.