Bələdiyyə sədri qızla İsmayıllıya getdi və... - YÜKSƏK DOZADAN ÖLDÜ / Foto

07/01/2021 - 13:21 190 0   0  

İsmayıllı rayonunda Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Ramil Yusifov İsmayıllı rayonunun İvanovka kəndində tanıdığı bir qızla ev kirayələyib.

Səhər Yusifov ölmüş vəziyyətdə tapılıb. Müayinə zamanı onun meyiti üzərində  zorakılıq izləri aşkarlanmayıb.

İlkin araşdırma zamanı ölümün narkotik dozanın aşılması səbəbindən baş verdiyi məlum olub. Bələdiyyə sədrinin cəsədinin yaxınlığında marixuana və metamfetamin aşkarlanıb. Həmçinin məlum olub ki, R.Yusifovun yanında olan qız hadisə yerindən yoxa çıxıb. Hazırda istintaq onun şəxsiyyətini müəyyənləşdirir.

Faktla bağlı araşdırma davam etdirilir.