“Bir çox bələdiyyələrin borca görə hesabları bağlanıb” - deputat

14/11/2018 - 14:07 1 066 0   0  

“Bir çox bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə hesabları bağlıdır. Onlara nə pul gəlir, nə də istifadə edirlər. Hesaba pul daxil olan kimi silinir”

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Komitə sədri bildirib ki, dotasiya hesabına bu məsələ həll olunarsa, bələdiyyələrin fəaliyyətində yaxşı dönüş yaratmaq olar: “İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır. Bu, həm də gələcək inkişafı üçün şərait yaradır”.