Binəqədidə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

04/12/2018 - 17:59 2 170 0   0  

Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.
Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.