Binəqədidə binada yanğın baş verdi

04/02/2019 - 19:35 4 420 0   0  

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Suveren.az FHN-ə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan mənzilin eyvanında lambirindən ibarət tavan 7 m² sahədə, rəf və pəncərə çərçivəsi 3 m² sahədə yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanında 1 ədəd kondisioner əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.