Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb

28/12/2018 - 18:06 2 251 0   0  

Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.