Biləsuvarda ağır qəza: ölən və yaralılar - YENİLƏNİB

28/01/2019 - 10:13 1 477 0   0  

Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən üç nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.
Suveren.az-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində hadisə yerində iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı üçə çatıb.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

00:05

Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Suveren.az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində olub.
Mikroavtobusun aşması nəticəsində üç nəfər ölüb, iki nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.