“Bilirəm ki, çətin döyüş gözləyir” - Məşhur kikbokşçumuz

04/02/2019 - 16:42 2 800 0   0  

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu, “Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2019-ci ilin mart ayının 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.

Bu barədə məlumatı Suveren.az-a döyüşçünün özü verib.
“Rəqibim Marsel Hoffmann adında idmançıdır. Təcrübəli idmançıdır. Neçə zamandır ki, yarışa ciddi şəkildə hazırlaşıram. Bilirəm çətin döyüş gözləyir. Vətənə qələbə ilə qayıdacam. Bu gün vətənimin adını uca tutmaq, müqəddəs üçrəngli bayrağımızı ucaltmaq ən böyük amalım və istəyimdir. Hər yarışa bu arzularla çıxıram. Bu dəfə buna nail olacağıma inanıram”,-deyə Xəyal Əhmədov qeyd edib.