Bəhramla Tahir milli komanda ilə məzələndilər - “Krassovka piri” – VİDEO

18/06/2019 - 11:46 27 046 0   0  

"Parni iz Baku” bu dəfə biabırçı məğlubiyyətlə üzləşən, buna görə də "topa tutular” futbol komandamızı və AFFA-nı hədəfə alıb.

Suveren.az xəbər verir ki,  "Qaloş piri” adı ilə son günlər müzakirəyə çevrilən olaydan "yararlanaraq” "məğlubiyyət krallarını” "yağlayıblar”.

Onlar məşhur futbolçu Banişevskinin 1966-cı ildən bəri "qorunub saxlanan” krassovkasını "milli komanda üzvlərinin” başına sürtməklə, "qara gündən” xilas olacaqlarına "inam” ifadə ediblər.

Beləliklə, "Parni iz Baku” həm "Qaloş piri”nə, həm də acınacaqlı məğlubiyyətlə üzləşən milli komandamızın oyununa reaksiya veriblər./BakuPost