Beynəlxalq axtarışda olan azərbaycanlı Dağıstanda saxlanılıb

09/04/2019 - 12:30 1 717 0   0  

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədçilərlə birgə keçirilən əməliyyat nəticəsində külli miqdarda fırıldaqçılığa görə 2017-ci ildə beynəlxalq axtarışa verilmiş azərbaycanlını saxlayıblar.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Şübhəlinin sözlərinə görə, o, Saratov vilayətindəki avtosalonlardan birindən kreditə iki avtomobil alıb, amma sonradan ödənişləri dayandıraraq kreditorlardan gizlənib.

Azərbaycanlı “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində saxlanılıb və həbs olunub.