Beyləqanda əldə çıraqla axtarılan deputat

15/11/2018 - 14:18 2 215 0   0  

81 saylı Beyləqan seçki dairəsindən deputat İsmayılov Şahin Əmir oğlunu axtarırlar

Cahan.info xəbər verir ki, deputat seçiciləri ilə görüşmür. Çünki çox vaxt Bakıdadır.
Ötən il də millət vəkili ilə görüşə əsl ehtiyacı olan insanlar görüşə buraxılmayıb. Ş.İsmayılov seçicilərlə deyil, icra hakimiyyətinin işçiləri ilə görüşüb.
Görüşdə kənd icra nümayəndəliyinin, kənd bələdiyyələrinin, təhsil şöbəsinin və digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Sonra deputat Beyləqanı tərk edib.
Şahin İsmayılov vaxtilə Elnur Aslanova yaxın şəxslərdən biri olub. O, daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarda vəsaitləri mənimsəyən bir şəxs kimi ad çıxarıb.
Beyləqandan deputatlığa namizədliyini vermiş Tapdıq Abbas bildirmişdi ki, Şahin İsmayılovun rayonla heç bir əlaqəsi və orada iş görmək imkanı yoxdur: