BEŞ HƏRBİ QULLUQÇUMUZ MİNAYA DÜŞDÜ - Polkovnik-leytenantın ayağı amputasiya edilib / FOTO

09/02/2021 - 13:22 320 0   0  

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb. Hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.