BDU-nun professoru vəfat etdi

13/12/2018 - 15:54 481 0   0  

Bakı Dövlət Universiteti Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının professoru Xanlar Abdullayev rəhmətə gedib.

Bu haqda Modern.az-a universitetdən bildirilib. 
Professor Xanlar Abdullayev 1948-1958-ci illərdə Neftçala şəhər orta məktəbində, 1960-1965-ci illərdə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 1971-ci ildə “Мühit duzluluğunun bitkilərdə çox zəif bioxemilüminessensiyanın intensivliyinə təsiri” mövzusunda namizədlik, 2008-ci ildə “Stres amillərə qarşı hüceyrə sisteminin davamlılığının biofiziki cəhətləri (spontan və induksiya olunmuş lüminessensiyanın tədqiqi əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1984-cü ildən dosent, 2010-cu ildən isə professor kimi fəaliyyətini davam etdirib.
1969-cu ildə Bakı Dövlət Universitetində elmi işçi kimi işə qəbul edilib, 1977-ci ildən isə Biofizika və molekulyar biologiya kafedrasında müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb. 
Allah rəhmət eləsin!