“Bazarstore”da ƏMƏLİYYAT – Oğru marketin içində tutuldu

10/03/2019 - 20:41 1 259 0   0  

Şəmkirdə marketdən oğurluq etmək istəyən şəxs tutulub.

Gecə saat 02:19-da Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları, Şəmkir şəhərində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə mühafizə olunan “Bazarstore” marketindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) “həyəcan” siqnalı daxil olub. Siqnal yoxlanılarkən marketin vitrin şüşəsini sındırıb içəridə oğurluq edən bir nəfər hadisə yerindəcə yaxalanıb. Polis Şöbəsində aparılan araşdırmalarla saxlanılan şəxsin Şəmkir şəhər sakini 1990-cı il təvəllüdlü Abbasov Tural Nizami oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.