Bayram Səfərov sədr postundan getməsi barədə DANIŞDI: - “Yaxşı qarşıladım”

20/12/2018 - 15:37 2 269 0   0  

"Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin yeni sədrinin seçilməsini yaxşı qarşıladım”. 

Bunu BakuPost-a açıqlamasında bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayında yenidən sədr postuna seçilməyən Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib. 
B. Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni seçilən İdarə Heyətinin üzvü olduğunu nəzərə çatdırıb: "Bir azərbaycanlı oğlu kimi Dağlıq Qarabağın Azərbaycanlı İcmasına kömək edəcəm”.
Qeyd edək ki, bu gün İcmanın qurultay keçirilib, 23 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib. Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri seçilib. Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.