Baş nazirin müavinindən xidməti maşın qalmaqalına REAKSİYA - Vəziyyəti Rövşən Rzayev gərginləşdirmişdi...

31/01/2019 - 14:11 3 076 0   1  

Son günlərdə bəzi xəbər saytlarında və qəzetlərdə “Əli Həsənov “Qaçqınkom”dakı xidməti avtomobili özü ilə aparıb”, “Əli Həsənov “Qaçqınkom”dan apardığı “BMV”-yə görə cəza ala bilər” və s. kimi başlıqlı həqiqətə uyğun olmayan yazılar dərc olunub.

DİA.AZ bildirir ki, bununla bağlı Baş naziri müavini Əli Həsənivun köməkçisi Ramin Talıblı saytımıza açıqlama yollayıb. Həmin açıqlamada qeyd olunur:
"Məlumat üçün bildiririk ki, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.
Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılmışdır".
DİA.AZ xatırladır ki, qeyd olunan ittihamlar əslində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazrıki sədri Rövşən Rzayevin özünə bahalı avtomobil almasının ardından ortaya çıxmışdı.