Baş nazir 5 gənc alimə 200 min manat ayırdı – Avropada tədqiqat aparacaqlar

18/12/2018 - 11:01 1 615 0   0  

Baş nazir Novruz Məmmədov "Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məqsədi ilə vəsait ayrılması barədə” sərəncam imzalayıb. 

BakuPost-un məlumatına görə, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan 5 nəfər gənc alimin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan AMEA-ya 201 min 720 manat məbləğində vəsait ayrılıb. 
Maliyyə Nazirliyinə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.