"Barselona"dan yeni transfer

23/01/2019 - 23:35 724 0   0  

"Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək.

Suveren.az xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq.

Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyunçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.