“Barsa”dan futbolçusuna sonuncu XƏBƏRDARLIQ

19/11/2018 - 23:45 12 313 0   0  

“Barselona” klubunun rəhbərliyi Usman Dembeleyə sonuncu xəbərdarlıq edib.

Suveren.az xəbər verir ki, buna səbəb fransalı legionerin nizam-intizam qaydalarına əməl etməməsidir.

Dembele mütəmadi olaraq məşqlərə gecikir, habelə kollektivlə inteqrasiyaya meyl etmir. O həmçinin ispan dilini öyrənməyə tələsmir, daha çox həmyerlisi Samuel Umtiti ilə ünsiyyət saxlayır.

Əgər Dembele xəbərdarlığa məhəl qoymasa, tezliklə əsas komandadan uzaqlaşdırıla bilər.