Barmaqda qalan üzüyü FHN kəsib çıxardı

09/11/2018 - 10:02 1 111 0   0  

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.