Baqdasaryan Paşinyana müraciət etdi - Foto

26/11/2018 - 19:00 2 068 0   0  

2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviç Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət ünvanlayıb.

 Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytı xəbər verir ki, Arsen Baqdasaryan özünün yazdığı, əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad olunması ilə bağlı müraciətinin ictimaiyyətə açıqlanmasını Dövlət Komissiyasından xahiş edib.