"Baku Medical Plaza”da ölən həkimlə bağlı nazirlikdən AÇIQLAMA: "Bizim tabeçilyimizdə deyil"

29/05/2019 - 13:24 2 794 0   0  

Xəbər verdiyimiz kimi, "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.

Məlumatda qeyd edlirdi ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.

Məsələ ilə bağlı "Baku Medical Plaza”nın mətbuat xidmətindən BakuPost.az xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”.

Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi Trend-ə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır: "Həmin hadisə özəl klinikada baş verib, özəl klikalar isə nazirliyin tabeçiliyində deyil".