Bakıya yeni vaqonlar gətiriləcək

31/01/2019 - 20:34 4 027 0   0  

“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin (SC) tərkib hissəsi olan “Metrovaqonmaş” SC arasında bu il ərzində Bakıya “81-765.B/766.B” tipli 30 metro vaqonundan ibarət 6 qatarın çatdırılmasına dair müqavilə imzalanıb.

Holdinqin saytında verilən məlumata görə, həmin vaqonların birinci dəstəsinin cari ilin ikinci rübündə gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən vaqonlar əvvəlki modellərə nisbətən daha geniş qapılara, qapıların açılıb-bağlanmasının yeni tipli işıqlı xəbərdarlıq sisteminə malikdir. Bundan əlavə, Bakı üçün istehsal olunacaq vaqonlarda xüsusi rəngli qrafika hazırlanacaq.