Bakıya casusluq edənlərə hökm oxundu

15/12/2018 - 19:18 10 933 0   0  

Ermənistanda 1993-cü ildən indiyədək casusluq və dövlətə xəyanət ittihamları ilə 20 nəfərə hökm oxunub.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Tiqran Davitavyan deyib. Onun sözlərinə görə, bu şəxslərin hamısı Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham olunub.

T.Davitavyan onların hərbi, elmi-tədqiqat sferasında informasiyalar topladığı, diversiya və sui-qəsdlər hazırladıqlarını bildirib.