Bakının Suraxanı rayonunda yangın

05/07/2020 - 19:12 6 364 0   0  

Bakının Suraxanı rayonu ərazisində yanğın başlayıb.

Report-xəbər verir ki, yanğın Yeni Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.