Bakının mərkəzində tələbələr arasında qanlı olay: - ÖLƏN VAR

24/12/2018 - 10:54 5 395 0   0  

Bakıda qətl törədilib.

Open.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Atatürk prospekti 2A ünvanında qeydə alınıb.
İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar oğlu Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.
Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.