Bakının bəzi ərazilərində İSIQ OLMAYACAQ

14/01/2019 - 12:41 2 224 0   0  

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
“Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq yanvarın 14-15-də Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Goradil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq”,- deyə ASC rəsmisi qeyd edib.