Bakıda zəncirvari qəza baş verib

15/01/2019 - 22:29 2 269 0   0  

Bakıda zəncirvari yol qəzası baş verib.

Suveren.az-ın Trend-ə istinadən məlumatına görə, qəza paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.

“VAZ 21015” markalı, 90 NV 852 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığının tələblərini pozması nəticəsində “Mercedes ML” markalı, 90 VA 303 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “Reno” markalı, 99 JR 592 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 10 SU 058 dövlət nömrə nişanlı avtomobillər də həmin maşınlarla toqquşub.

Qəzada “Reno” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hazırda əraziyə yol polisləri cəlb edilib və yolda hərəkəti bərpa etməyə çalışırlar.