Bakıda zibil yeşiyindən silah-sursat tapıldı

17/11/2018 - 19:08 613 0   0  

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.