Bakıda yolu keçərkən vurulan piyada iki ayın gəlini olub - 18+ FOTOLAR

19/01/2019 - 13:54 2 167 0   0  

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Suveren.az-a verilən məlumata görə, yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
Şahidlərin Orman.Az-a verdiyi məluamata görə qəzadan sonra bir müddət yaralının nəbzi vururmuş. Mərkəzi Klinikanın təcili tibbi yardım xidməti hadisə yerinə çatanda artıq qızın öldüyü bildirilir. Məlumata görə ölən şəxs elə həmin xəstəxananın tələbə praktikantı imiş. Mərhum 2 ay öncə ailə qurubmuş.