Bakıda yeni metro stansiyası tikiləcək - Yer ayrıldı

01/04/2019 - 15:35 1 870 0   0  

İlk olaraq "B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, "Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb.

Bu barədə oxu.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edib ki, stansiyanın inşasına nə zaman başlanılacağı ilə bağlı dəqiq tarix yoxdur:
"Sözügedən və şərti olaraq "Y-14” adlanan yeni stansiyanın "Xətai” stansiyasından sonra inşası planlaşdırılır. Bu stansiya üçün nəzərdə tutulan ərazi 2011-ci ilin konseptial inkişaf sxemi əsasında seçilib və hasarlanıb.
Bu xəttin davamı "Y-15”, neftayırma zavoduna yaxın ərazini əhatə edəcək. Digər hissəsi olan "Y-16” isə "Həzi Aslanov 2” stansiyasına birləşəcək. "Həzi Aslanov” stansiyasında da "Memar Əcəmi” stansiyasında olduğu kimi keçid olacaq.
Növbəti stansiyanın inşası Günəşli istiqamətində nəzərdə tutulur və xətt əsas "Y-14” və "YE-15” stansiyalarından başlayıb "Xətai” stansiyası ilə birləşdiriləcək. Bu sxem vasitəsilə gələcəkdə xətlər ayrılan zaman onların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaranmış olacaq”.