Bakıda yeddinci sinifdə oxuyan qızı məktəbə qoymurlar

12/12/2018 - 15:31 457 0   0  

Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər. 

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.