Bakıda vəzifəli şəxsə hökm oxundu - 1 il 6 ay

01/02/2019 - 11:29 1 498 0   0  

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda təqsirləndirilən Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun ittiham olunduğu qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama maddəsinə tövsif edilib. 
Hökmə əsasən, N.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ittiham aktına əsasən, N.Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 5 qram heroin aşkar olunub.
Məhkəmədə elan olunmuş ittiham üzrə N.Məmmədov özünü təqsirli bilmədiyini deyib.
O, uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyini, ictimai birlik rəhbəri olduğunu söyləyib.
Qeyd edək ki, N.Məmmədov Cənub Regional Ovçular İttifaqının sədri vəzifəsində çalışıb.