Bakıda sərnişin avtobusu qəza törətdi

29/12/2018 - 22:30 7 723 0   0  

Paytaxtda sərnişin avtobusu qəza törədib.

Oxu.az-ın xəbərinə görə, hadisə Nizami rayonu, “Neftçilər” metrostansiyanın yaxınlığında baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan avtobus yolun ortasındakı işıq dirəyinə çırpılıb. Hadisədən sonra avtobusda olan sərnişinlər təxliyyə edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.