Bakıda sex yandı, 1 nəfər öldü

30/10/2018 - 09:40 1 489 0   0  

Bakıda taxta sexi yanıb.
FHN-dən Suveren.az-a verilən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.