Bakıda satılan çörəklər avtomobilin baqajında daşınır – FOTO

06/12/2018 - 19:51 541 0   0  

Bakı şəhər Biləcəri qəsəbəsində yaşayan sakinlərdən biri burada satılan çörəklərin antisanitariya şəraitində daşınması barədə şikayət edib.

Suveren.az publika.az-a istinadən xəbər verir ki, müraciət edən şikayətçi Biləcəridə “Dəmiryol” çörəyi adı ilə satışa çıxarılan çörəyin “Tofaş” markalı minik avtomobilinin yük yerində - antisanitariya şəraitində daşındığını bildirib. Qeyd edilib ki, bəzən satışdakı çörəklərdən avtomobil yanacağının qoxusu gəlir və bu da düzgün qablaşdırılmamanın və daşınma qaydalarının pozulmasını göstərir.