Bakıda ərzaq məhsulları ucuz qiymətə satılacaq – 2 gün...

24/01/2019 - 13:16 2 593 0   0  

Azərbaycan Milli Elmlər Akademiyasında ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
AMEA-dan Suveren.az-a verilən məlumata görə, yarmarka 24-25 yanvar tarixlərində saat 9:00-dan 18:00-a kimi Akademiya şəhərciyində baş tutacaq.
Yarmarkada ərzaq və kənd təsərrüfatı məhsullarının ucuz qiymətə satışı təşkil ediləcək.
Yarmarka AMEA-nın Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə baş tutub.